Xəbərlər

Çin XİN: ABŞ-ın zorakılıq siyasətini qəbul etməyəcəyik

“Çin Ağ Evin zorakılıq siyasətinə qarşıdır və ABŞ dialoq üçün lazımi şərtləri yerinə yetirənə qədər Vaşinqtonla ticarət məsləhətləşmələrinə başlamayacağıq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian bildirib.

“Ticari qarşıdurmalar və tariflər üzrə Çin-ABŞ dialoquna gəlincə, əgər Birləşmiş Ştatlar həqiqətən də problemi dialoq və danışıqlar yolu ilə həll etmək istəyirsə, bərabərlik, hörmət və qarşılıqlılıq mövqeyi nümayiş etdirməlidir. Çin qəti şəkildə hegemonluğa və Vaşinqton tərəfindən zorakılığa qarşıdır, biz bunu heç vaxt qəbul etməyəcəyik”, – nümayəndə qeyd edib.