“ABŞ hökuməti Vaşinqtonun bütün dünyaya elan etdiyi ticarət müharibəsi ilə iqtisadiyyatına zərbə vurdu”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq bildirib.
“Çin-Amerika iqtisadi və ticari əməkdaşlığının mahiyyəti qarşılıqlı fayda və qazancdır. Birləşmiş Ştatlar uzun illərdir ki, bütün dünyaya qarşı ticarət müharibəsi aparır. ABŞ-ın ticarət kəsiri azalmayıb, əksinə artıb. Keçən il bu 918 milyard dollar təşkil edib”, – nümayəndə qeyd edib.