Xəbərlər

Çin XİN: Hindistan və Pakistan gərginliyə səbəb olacaq hərəkətlərdən çəkinməlidir

Çin Xarici İşlər Nazirliyi Hindistan və Pakistanı sakit olmağa və gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

“Biz Hindistan və Pakistanı sülh və sabitliyə üstünlük verməyə, təmkinli davranmağa və vəziyyəti daha da çətinləşdirəcək hərəkətlərdən çəkinməyə çağırırıq. Hindistanın hərbi əməliyyatlarından təəssüflənirik. Regionda baş verən hadisələrdən narahatıq. Çin terrorizmin bütün formalarına qarşıdır”, – bəyənatda bildirilib.