“Çin Rusiya və ABŞ ilə birlikdə BMT-nin nüvə silahlarına nəzarət üzrə çoxtərəfli mexanizmini dəstəkləməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə ABŞ prezidenti Donald Trampın Rusiya və Çin liderləri ilə nüvə silahlarına nəzarətlə bağlı məsələləri müzakirə etmək planlarını şərh edərkən deyib.
“Çin bütün tərəflərlə əməkdaşlığa hazırdır və təməli BMT tərəfindən qoyulan çoxtərəfli silahlara nəzarət mexanizmini qətiyyətlə dəstəkləyir”, – o qeyd edib.