“Rusiya və Çin mediası arasında əməkdaşlıq səviyyəsi o qədər yüksək səviyyəyə çatıb ki, bu, keyfiyyətcə təkmilləşməni deyil, sadəcə mövcud formatların genişləndirilməsini tələb edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian TASS-a bildirib.
“Düşünürəm ki, təkmilləşməyə ehtiyac yoxdur, sadəcə olaraq iki ölkənin mediası arasında mövcud əməkdaşlığı daha da artırmaq lazımdır”, – Cian qeyd edib.