Xəbərlər

Çin XİN: ŞƏT dünyada sülhün və təhlükəsizliyin qorunmasında mühüm qüvvədir

“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin qarşılıqlı fəaliyyəti və çoxtərəfliliyə əsaslanan yeni tip beynəlxalq münasibətlərin qurulmasının meyar nümunəsidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin müşaviri Cui Quocie deyib.

“ŞƏT dünya əhalisinin yarıdan çoxunu əhatə edən və yeni tip beynəlxalq münasibətlər modeli olan ən böyük regional beynəlxalq təşkilatdır. Bu təşkilat həm regionda, həm də bütövlükdə dünyada sülhün və təhlükəsizliyin qorunmasında mühüm qüvvədir”, – o əlavə edib.