Xəbərlər

Çin XİN: Ukraynada davamlı sülh istəyirik

“Çin Ukraynada davamlı və uzunmüddətli sülhü təmin edəcək sazişlər gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında fevralın 28-də baş tutan görüşü, eləcə də Çin sülhməramlılarının Ukraynaya göndərilməsi ehtimalını şərh edərkən deyib.

“Çin böhranın sülh yolu ilə həlli üçün bütün səyləri dəstəkləyir və hər iki tərəfdən davamlı və sabit sülhü təmin edəcək və qarşılıqlı narahatlıqları nəzərə alan qərarları gözləyir”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.