Tayvan Silahlı Qüvvələri adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun (PLA) 10 təyyarəvə 4 gəmisini qeydə alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“Beş təyyarə median xəttini keçərək Tayvanın şimal, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub. Biz vəziyyəti izlədik və düşmənə müvafiq cavab reaksiyası verdik”, – məlumatda bildirilib.