Xəbərlər

Çinin 12 təyyarə və 5 gəmisi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 12 təyyarəsi və 5 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“5 təyyarə median xəttini keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub. Biz vəziyyətə nəzarət etdik və müvafiq reaksiya verdik”, – məlumatda bildirilib.