Xəbərlər

Çinin 25 təyyarə və 9 gəmisi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri Çin Xalq Azadlıq Ordusunun (PLA) 25 təyyarəsinin və 9 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“19 təyyarə median xəttini keçərək Tayvanın şimal, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub. Biz vəziyyəti izlədik və düşmənə müvafiq reaksiya verdik”, – məlumatda bildirilib.