Xəbərlər

Çinin 47 təyyarə və 21 gəmisi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 47 təyyarəsi və 21 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, 21 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın şimal, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.