Tayvan Silahlı Qüvvələri 5 Çin təyyarəsinin və 5 Çin gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“Təyyarələrdən üçü median xəttini keçərək Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub. Biz vəziyyətə nəzarət etdik və müvafiq reaksiya verdik”, – məlumatda bildirilib.