Xəbərlər

Çinin 5 təyyarə və 6 gəmisi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 5 təyyarəsi və 6 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz vəziyyətə nəzarət etdik və müvafiq reaksiya verdik”, – məlumatda bildirilib.