Xəbərlər

Çinin 6 təyyarə və 6 gəmisi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri Çin Xalq Azadlıq Ordusunun (PLA) 6 təyyarəsinin və 6 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“Dörd təyyarə median xəttini keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub. Biz vəziyyətə nəzarət etdik və düşmənə müvafiq cavab verdik”, – məlumatda bildirilib.