“Çin və Latın Amerikası ölkələrinin hakimiyyət orqanları aktual beynəlxalq problemlərin, o cümlədən Ukrayna böhranının həllinə kömək edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikasının prezidenti Si Cinpin deyib.
“Çin və Latın Amerikası ölkələri əsl çoxtərəfliliyi tətbiq edir, beynəlxalq ədaləti birgə müdafiə edir, qlobal idarəetmə sistemində islahatları irəli aparır, çoxqütblü dünyanı təşviq edir və beynəlxalq münasibətləri demokratikləşdirir. Çin və Braziliya Ukrayna böhranının siyasi həlli ilə bağlı altı bəndlik konsensusun əldə edildiyini birgə elan etdilər və bu, 110-dan çox ölkə tərəfindən müsbət qarşılandı”, – Cinpin qeyd edib.