Xəbərlər

Co Baydenin Fransaya 5 günlük səfəri başlayıb

ABŞ prezidenti Co Bayden Fransaya səfər edib. Səfər iyunun 9-dək davam edəcək.

“Füyuzat”ın məlumatına görə, ABŞ Prezidentini Paris-Orli Beynəlxalq Hava Limanında Fransanın Baş naziri Qabriel Attal qarşılayıb.

Bayden İkinci Dünya Müharibəsinin gedişatını dəyişdirən və Avropanın nasist işğalından xilas edilməsində mühüm yeri olan Normandiya əməliyyatının 80-ci ildönümündə Fransada keçiriləcək mərasimə qatılacaq.

Bu gün Normandiyyada Kollevil-sur-Merdəki ABŞ qəbiristanlığını ziyarət edəcəyi gözlənilən Baydenin sabah Manş boğazına qədər uzanan Pointe du Hoc-da çıxış edəcəyi gözlənilir.

ABŞ Prezidenti iyunun 8-də Fransa prezidenti Emmanuel Makronla da görüşəcək.

İyunun 8-də Yelisey sarayında keçiriləcək qarşılanma mərasimindən sonra işçi yeməyinə qatılacaq ikili mətbuata bəyanatlarla çıxış edəcək.