Suriyanın paytaxtı Dəməşqdə yerləşən İndoneziya səfirliyi atəşə tutulub, Asiya ölkəsinin vətəndaşlarından xəsarət alan olmayıb.
“Füyuzat”ın məlumatına görə, bunu İndoneziya Xarici İşlər Nazirliyinin (XİN) Vətəndaşların Müdafiəsi Departamentinin direktoru Cudha Nuqraha deyib.
“Atışma təsadüfi olub. Hazırda mindən çox indoneziyalı Suriyada yaşayır, onlardan 19-u səfirliklə əlaqə saxlayıb, sığınacaq istəyib. Səfirlik Suriyada qarşıdurmanın kəskinləşməsi fonunda ən yüksək həyacan siqnalı verib. İndoneziyalılara ərəb ölkəsi daxilində səyahət etməkdən çəkinmələri tövsiyə olunur”, – o əlavə edib.