Xəbərlər

Dmitri Kuleba martın 28-də Nyu-Dehliyə səfər edəcək

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba cümə axşamı, martın 28-də iki günlük rəsmi səfər üçün Yeni Dehliyə səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səfər zamanı xarici işlər naziri Kuleba bir sıra görüşlər keçirəcək, o cümlədən Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar və Hindistan Baş nazirinin Milli Təhlükəsizlik Müşavirinin müavini Vikram Misri ilə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə ikitərəfli tərəfdaşlığa və əməkdaşlığa dair rəsmi görüşlər keçirəcək”, – məlumatda qeyd edilib.

Hindistan XİN-in məlumatına görə, Kulebanın Hindistanın işgüzar dairələrinin nümayəndələri ilə də görüşəcəyi gözlənilir.