Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev bu həftə ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff ilə görüşmək üçün Vaşinqtona səfər edə bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, görüşün məqsədi Rusiya ilə ABŞ arasında münasibətləri gücləndirmək və Ukraynadakı münaqişəyə son qoymaq yollarını tapmaq olacaq.