Xəbərlər

Duda ABŞ-ı Polşada nüvə silahı yerləşdirməyə çağırıb

Polşa prezidenti Anjey Duda ABŞ-ı Polşada nüvə silahı yerləşdirməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Verilən məlumata görə, Polşa prezidenti bu məsələni ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla müzakirə edib.

Əlavə təfərrüatlar verilməyib.