Xəbərlər

Əfqanıstanda təbii fəlakətlər nəticəsində 66 nəfər həlak olub

“23 əyalətdə güclü yağış və daşqınlar nəticəsində 66 nəfər ölüb, 36 nəfər yaralanıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Əfqanıstanın Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Molla Canan Sayeqin bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstandakı Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi çərşənbə axşamı bildirib ki, leysan yağışlar və daşqınlar 1200-dən çox ailəyə və 1000-ə yaxın evə ziyan vurub.

Qeyd edilib ki, BMT və onun tərəfdaşları təbii fəlakətlərin təsiri və ehtiyacları qiymətləndirir.