“Şimali Atlantika Alyansı (NATO) ABŞ-ın dünyada geosiyasi maraqlarını təşviq etmək üçün Vaşinqtonun alətinə çevrilib”.
“Füyuzat”ın məlumatına görə, bunu Pekində keçirilən Taihe Forumu zamanı Çin Xalq Diplomatiyası Assosiasiyasının sədri Vu Haylonq deyib.
“Bu gün NATO tamamilə qlobal geosiyasi rəqabət üçün Amerikanın alətinə çevrilib. NATO təkcə Avropada problemlər yaratmır, həm də Asiya-Sakit Okean regionunun işlərinə müdaxilə edir. ABŞ-ın başçılıq etdiyi bir qrup Qərb ölkəsi, o cümlədən NATO, Avropa və Asiya-Sakit Okean regionundakı müttəfiqləri şüurlu və ya şüursuz olaraq geosiyasi rəqabətə qoşulublar”, – Vu Haylonq qeyd edib.