Suriya prezidenti Əhməd Əl-Şəra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampa təşəkkür edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Suriya prezidentinin bəyənatında bildirilib.
“Suriya devrilmiş rejimin hakimiyyəti altında faciəvi bir dövr keçirdi. İnqilabla xalqımıza aidiyyət ruhu qayıtdı və bir ümid pəncərəsi açıldı. Suriya xilas oldu, xalqımız və bütün qardaş ölkələr onlarla birlikdə sevindi. Ölkəmizin problemlərini həll etmək üçün son aylarda prioritetlərimizi müəyyən etdik. Bu işdə əksər ölkələr bizə dəstək oldu”, – bəyənatda qeyd olunub.