“Suriya hakimiyyəti Suriyanın bölünməsinə və əvvəlki rejimin ideologiyasının dirçəlməsinə imkan verməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Suriya Ərəb Respublikasının prezidenti Əhməd Əl-Şara vətəndaşlara müraciətində deyib.
“Suriya bundan sonra hakimiyyət mübarizəsi meydanı və ya xarici ambisiyaların reallaşdırılması platforması olmayacaq. Biz Suriyanın parçalanmasına və xalqımızı parçalamağa yönəlmiş əvvəlki rejimin ideologiyasının dirçəlməsinə imkan verməyəcəyik”, – o vurğulayıb.