Xəbərlər

Əraqçi: Avropa ilə danışıqlar faydasızdır

“İran Avropa ölkələri Tehrandan dinc nüvə proqramını inkişaf etdirmək üçün hüququndan imtina etməyi tələb etməyə davam edərsə, onlarla danışıqları faydasız hesab edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Abbas Əraqçi deyib.

“Əgər Birgə Hərtərəfli Fəaliyyət Planı Komissiyasının koordinatoru hər hansı gələcək danışıqların məqsədinin İranın nüvə proqramına son qoymaq olduğuna əmindirsə, o zaman Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın gələcək danışıqlarda iştirakı bütün aktuallığını itirir”, – Əraqçi əlavə edib.