Xəbərlər

Əraqçi: Əsəd komandasının qərarları müstəqil idi və İrandan təsir edilmirdi

“Suriyada Bəşər Əsəd hökuməti dövləti müstəqil şəkildə idarə edirdi və İran tərəfindən idarə olunmurdu”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Suriya hökuməti öz qərarlarında müstəqil idi, İranın yaxud da Rusiyanın nəzarəti altında deyildi”, – o bildirib.

Nazir həmçinin qeyd edib ki, İranın Suriyaya dəstəyi konkret bir şəxsə dəstək deyil, daha çox Suriya xalqına dəstək və Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünü İsrailin, eləcə də terrorçu qrupların təcavüzü qarşısında müdafiə etmək olub.

“İranlı müşavirlərin Suriyada olması İŞİD və digər terror qruplaşmaları ilə mübarizə zərurəti ilə bağlı olub”, – deyə Əraqçi qeyd edib.