Xəbərlər

Əraqçi: İran uranın zənginləşdirilməsi təmin etmədən ABŞ-la sövdələşməyə getməyəcək

“İran öz nüvə sənayesini inkişaf etdirmək üçün çox şey qurban verib və öz ərazisində uranı zənginləşdirmək imkanını saxlamadan ABŞ-la müqavilə bağlamayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

“İran bu imkanlar üçün bədəl ödəyib və bizim milli maraqlarımızdan imtina etməyi gərəkdirən heç bir ssenari yoxdur. Yenə deyirəm: uranı zənginləşdirməyə razılıq, sonra sövdələşmə və nəhayət nüvə silahı olmayacaq”, – Əraqçi qeyd edib.