Xəbərlər

Əraqçi: İran və Aİ arasında qarşılıqlı fəaliyyətə ümid edirik

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Polşanı Avropa İttifaqına (Aİ) dönəm sədrliyi münasibətilə təbrik edib və Polşanın sədrliyi dövründə İran və Avropa İttifaqı arasında konstruktiv qarşılıqlı fəaliyyətə ümid etdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

“İran İslam Respublikasının xarici işlər naziri Əraqçi və Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski telefon danışığında ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələləri müzakirə ediblər”, – məlumatda qeyd edilib.

Əraqçi bildirib ki, İran hər zaman məsələlərin həlli üçün dialoq və qarşılıqlı fəaliyyətə əsaslanan yanaşmaya sadiqdir və eyni zamanda, bütün vəziyyətlərə tam hazırdır.