“İran və Rusiya ümumi təhdidlərə qarşı mübarizə aparmaq üçün sıx məsləhətləşmələr aparırlar”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya gələn İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“İran və Rusiyanın hər zaman ortaq problemləri və ortaq düşmənləri olub. Biz həmişə ortaq inancları bölüşürük və ümumi çağırışlara, təhdidlərə qarşı mübarizə aparmaq üçün bir-birimizlə yaxından məsləhətləşirik”, – Əraqçi bildirib.