Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, bundan əvvəl Ərdoğanla Leyen dekabrın 10-da Suriya ilə bağlı telefonla danışıblar.
Prezident Ərdoğan telefon danışığında Suriya xalqına bütün etnik və dini ünsürləri ilə birlikdə bütün suriyalıların sülh içində yaşaya bilməsi üçün bundan sonra da güclü dəstəyin veriləcəyini bildirərək, Suriyanın terror ünsürlərindən təmizlənməsini, onun təhlükəsizliyinin təmin edilməsini vurğulayıb.
Telefon danışığından sonra prezident Ərdoğan və Ursula Von Der Leyen bu dəfə Türkiyə Prezident Kompleksində görüşüblər.
Görüş zamanı Suriyadakı hadisələr müzakirə olunacaq.