Xəbərlər

Ərdoğan: Dünyada ticarət müharibəsi şiddətlənəcək

“Dünyada ticarət müharibəsi şiddətlənəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz müzakirələri izləyirik. Ticarət müharibəsi, iqtisadi mübarizə daha da şiddətlənəcək. Türkiyə riskləri hesablayır və müvafiq addımlar atır. İqtisadi və ticarət siyasəti ilə bağlı yol xəritəmizi nəzərdən keçirir, orta və uzunmüddətli hədəflərimizi aydınlaşdırırıq”, – prezident qeyd edib.