Xəbərlər

Ərdoğan: İrandakı vəziyyəti həll etmək üçün danışıqlara ehtiyac var

“İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqlar lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merzlə telefon danışığında bildirib.

Verilən məlumata görə, Ərdoğan İranla nüvə mübahisəsinin həlli yolunun danışıqlardan keçdiyini və İsrailin İrana hücumu ilə başlayan münaqişə prosesinin regional təhlükəsizliyə təhdidləri maksimum dərəcədə artırdığını vurğulayıb. O həmçinin qeyd edib ki, İsrailin hücumları nəticəsində yaranan zorakılığın nəticələri regiona zərər verə, Avropaya miqrasiyanı artıra və nüvə hücumu baxımından mənfi nəticələrə səbəb ola bilər.