Xəbərlər

Ərdoğan: NATO sammitində Ukrayna münaqişəsinin həlli müzakirə olunacaq

“NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitində Ukrayna münaqişəsinin həlli müzakirə olunacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Türkiyənin Ukraynadakı vəziyyəti həll etmək üçün göstərdiyi səyləri hər kəs bilir. Biz diplomatiya yolu ilə müharibəni bitirmək üçün göstərilən səylərdən və İstanbul prosesi çərçivəsində yeni addımlardan danışacağıq”, – Ərdoğan bildirib.