“Türkiyə bu ölkədə münaqişə başlayandan bəri Rusiyanın Suriyadakı hərəkətlərini diqqətlə izləyir və PKK-ya qarşı daha təsirli tədbirlərin görülməsinə çağırır”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“İsrail regional və qlobal sülh üçün ən real təhlükəni təmsil edir. Sülhün qorunmasını öz üzərinə götürənlər bu təhlükəyə son qoymalıdırlar. Suriyada vətəndaş müharibəsi başlayandan bəri Rusiyanın atdığı addımları yaxından izləyirik. Çünki Rusiya Suriya ilə birlikdə hərəkət edir, amma digər tərəfdən Amerika, İngiltərə və Almaniyadan ibarət koalisiya qüvvələri var və onlar PKK-nı himayə edir. Özünümüdafiə qüvvələri olan Rusiya, İran və Suriyanın buna qarşı daha təsirli addımlar atması son dərəcə vacibdir”, – Türkiyə lideri bildirib.