Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğan vurğulayıb ki, Ankara Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün səylərini davam etdirir.
O, münaqişənin həlli üçün hər iki tərəfin iştirak edəcəyi dialoqun vacibliyini qeyd edib.
Danışıqların sonunda prezidentlər NATO çərçivəsində daha sıx koordinasiya və yeni siyasi reallıqlarda Türkiyə ilə Fransa arasında qarşılıqlı əlaqələrin artırılması barədə razılığa gəliblər.