Xəbərlər

Ərdoğanla Almaniya kansleri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merz ilə telefon danışığı aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Verilən məlumata görə, tərəflər İsrail və İran arasındakı münaqişə, ikitərəfli əlaqələr və regional məsələləri müzakirə edib.

Prezident Ərdoğan görüş zamanı İranla nüvə probleminin həll yolunun danışıqlar masasından keçdiyini və İsrailin İrana hücumu ilə başlayan münaqişə prosesinin regional təhlükəsizliyə təhdidləri ən yüksək səviyyəyə çatdırdığını bildirib.