Xəbərlər

Ermənistan, Hindistan və İran Şimal-Cənub dəhlizinin inkişafını müzakirə edib

Ermənistan, Hindistan və İran hökumətlərinin nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Məsləhətləşmələr zamanı nümayəndə heyətləri Şimal-Cənub dəhlizi çərçivəsində sıx əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar və bu baxımdan İranın Çabahar limanının rolunu qeyd ediblər”, – nazirlikdən bildirilib.

Verilən məlumata görə, tərəflər əlaqələrin genişləndirilməsi təşəbbüslərini, çoxtərəfli forumlarda qarşılıqlı fəaliyyət və regional əməkdaşlığı müzakirə edib, ticarət, turizm və mədəni mübadilənin inkişaf etdirilməsi yollarını araşdırıb, habelə ictimaiyyətlə əlaqələrin gücləndirilməsini müzakirə ediblər.