Xəbərlər

Ermənistan müxalifəti hazırkı Baş nazirin impiçmentinə nail olmaq istəyir

Ermənistanın parlamentdəki ikinci ən böyük müxalifət fraksiyası olan “Mənim Şərəfim Alyansı” Baş nazir Nikol Paşinyanın impiçmentini dəstəkləməyə hazırdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə fraksiyasının lideri Hayk Mamicanyan jurnalistlərə bildirib.

“Mənim Şərəfim Alyansı”ndakı bütün deputatlar impiçment prosesinə başlamağa hazır olduqlarını açıqlayıblar. Bizim siyasi qüvvəmiz bunu ilkin şərt olmadan etməyə hazırdır. Bununla belə, baş nazirliyə namizədimiz yoxdur, lakin biz variantlara açığıq”, – Mamicanyan bildirib.