Xəbərlər

Ermənistan Türkiyə ilə sərhəd keçid məntəqəsinin tikintisini başa çatdırıb

“Ermənistan Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsinin tikintisini başa çatdırıb və sərhədi açmağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan brifinqdə bildirib.

“Biz Baş nazir ilə bu sərhəd-keçid məntəqəsində olduq. Tikinti işləri başa çatıb və buraxılış məntəqəsi açılmağa hazırdır. Sərhədin açılması məsələsi siyasidir və təkcə Ermənistanın mövqeyindən asılı deyil”, – Xudatyan əlavə edib.