Ermənistan Azərbaycana sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketi göndərib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
“Biz son təkliflər paketini göndərmişik və Azərbaycan tərəfdən cavab gözləyirik”, – Hovhannisyan qeyd edib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla saziş imzalamaq üçün bir-iki məqamın razılaşdırılmalı olduğunu bildirərək, İrəvan və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.