Xəbərlər

Ermənistan-Yunanıstan-Cənubi Kipr məsləhətləşmələri keçirilib

Dekabrın 19-da Afinada Ermənistan və Yunanıstan arasında ikitərəfli məsləhətləşmələr, eləcə də müdafiə məsələləri üzrə Ermənistan-Yunanıstan-Cənubi Kipr üçtərəfli məsləhətləşmələri keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti müşavirələrdə iştirak edib.

Müşavirələr zamanı 2024-cü il üçün müdafiə sahəsində əməkdaşlıq sahəsində görülən işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə olunub.