ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “KC-135R” təyyarəsi İrəvana eniş edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Verilən məlumata görə, avqustun 12-dən 20-dək Ermənistanda “Eagle Partner-2025” Ermənistan–ABŞ birgə hərbi təlimi keçiriləcək.
Təlimdə Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadası, ABŞ-ın Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edəcək.
Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin döyüş hazırlığının artırılmasıdır.



