Xəbərlər

Ermənistanda “Elektrik şəbəkələri”nin milliləşdirilməsi haqqında qanun layihəsi qəbul edilib

Ermənistan parlamenti həbsdə olan rusiyalı biznesmen Samvel Karapetyanın Ermənistanın “Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsinə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“65 deputat qanun layihəsinin lehinə, 30 deputat əleyhinə səs verib və qərar qəbul edilib”, – o əlavə edib.