Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 23-24-də İsveçrədə işgüzar səfərdə olacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Paşinyan sosial media hesabında paylaşım edib.
Səfər çərçivəsində Baş nazir panel müzakirələrində iştirak edəcək və beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər keçirəcək.