Xəbərlər

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etməyəcək

Ermənistanda hakim “Vətən Müqaviləsi” partiyası “Vətən naminə Tavuş” hərəkatının aksiyaları fonunda baş nazir Nikol Paşinyanın istefası və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanlarını müzakirə etmək niyyətində deyil.

“Füyuzat”ın məlumatına görə, bu barədə partiyanın sədr müavini, deputat Vaaqn Aleksanyan brifinqdə bildirib.

“Növbədənkənar parlament seçkilərinin gündəliyi yoxdur, hətta müxalifət öz mandatlarından imtina etsə belə, bu, müxalifətin baş nazirin impiçment prosesinin başlaması ilə bağlı bəyanatına səbəb olmayacaq. Bu, baş tutsa, mən təsəvvür edə bilmirəm ki, biz Paşinyanın istefası məsələsini müzakirə edək. Niyə?!” – deyə siyasətçi qeyd edib.