Xəbərlər

Ermənistanın müdafiə naziri Yunanıstana səfər edib

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan Yunanıstana işgüzar səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İki ölkə arasındakı hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında müdafiə nazirinin Yunanıstana səfəri zamanı iki ölkənin müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.