Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əş-Şəra qonaqpərvərliyinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür mesajı paylaşıb.
“Füyuzat”ın məlumatına görə, təşəkkür mesajı əş-Şaranın Türkiyə səfərindən sonra paylaşılıb.
“Biz iki ölkə arasında koordinasiyanın yaxşılaşdırılmasını səbirsizliklə gözləyirik”, – Suriya prezidenti əlavə edib.
Əş-Şara qeyd edib: ”Cənab prezident Rəcəb Tayyib Ərdoğana dost Türkiyə Respublikasına səfərimiz zamanı göstərdiyi qonaqpərvərliyə və səmimi qəbula görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Türkiyənin Suriya xalqına dəstəyi diqqətəlayiqdir. Bu, iki xalq arasında qardaşlıq modelinə çevrilib.
Biz iki ölkə arasında bütün siyasi, iqtisadi və təhlükəsizlik sahələrində koordinasiyanı ümumi maraqlara xidmət edəcək və gələcək mərhələdə çətinliklərlə üzləşmək üçün əməkdaşlığı artıracaq şəkildə yaxşılaşdırmağı səbirsizliklə gözləyirik”.