Xəbərlər

Əsəd Aslanoğlu: Kitab sərgiləri mütaliəyə marağın artmasında böyük rol oynayır

Bakı Beynəlxalq Kitab Sərgisinə mətbuat yayımçısı olaraq xüsusi hazırlanmışıq. Əvvəlki sərgidən keçən müddətdə “MİMTA Yayımları” tərəfindən 60-dan çox yeni kitab işıq üzü görüb. Bura həm yerli müəlliflərin əsərləri, həm də xarici ədəbiyyatdan edilən tərcümələr daxildir.

“Füyuzat” xəbər verir ki, bunu  AZƏRTAC-a açıqlamasında “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu deyib.

O bildirib ki, ölkəmizdə bu qəbil sərgilərin təşkili cəmiyyətdə mütaliəyə marağın artmasına mühüm töhfə verir. Xüsusilə azyaşlıların kitaba həssas yanaşdığı bir dövrdə bu imkanlardan maksimum faydalanmaq lazımdır.