Xəbərlər

Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı keçirilib

Türkiyənin Eskişehir vilayətində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Şeir və ağılarda Xocalı” mövzusunda anım tədbiri keçirilib.

“Füyuzat” xəbər verir ki, mərasim Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Eskişehir Azərbaycanlılar Dərnəyinin əməkdaşlığı ilə təşkil edilib.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı qurbanlarının xatirəsi yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev Xocalıda və bunun kimi bir çox bölgələrimizdə yaşanan faciələrin unudulmaması, gələcək nəsillərə çatdırılması baxımından tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.

Digər çıxışlarda baş verənlərin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq faciəsi olduğu qeyd edilib.

Proqram çərçivəsində dərnəyin gənclər qollarının media komandası tərəfindən hazırlanan Xocalı soyqırımına dair videoçarx nümayiş olunub, şeirlər səsləndirilib.