Xəbərlər

Estoniya: NATO sammitində Avropadakı ABŞ qoşunlarının gələcəyi müzakirə olunacaq

“İyunda NATO-nun Haaqada keçiriləcək sammitinin iştirakçıları ABŞ-ın Avropada hərbi mövcudluğunun gələcək formatını müəyyən edəcəklər. Hazırkı format bu və ya digər dərəcədə dəyişə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur müsahibəsində bildirib.

“Haaqa sammiti ABŞ-ın Avropadakı hərbi strategiyasının və növbəti addımlarının necə olacağını, ABŞ-ın Avropadakı hərbi mövcudluğunun yenidən nəzərdən keçirilə biləcəyini və nə dərəcədə olacağını müəyyən etməkdə mühüm rol oynayacaq”, – nazir əlavə edib.